Bu il ölkədə 3 milyon ağac əkiləcək - Nazir müavini

Bu il ölkədə 3 milyon ağac əkiləcək - Nazir müavini

Hazırda oxunan: Bu il ölkədə 3 milyon ağac əkiləcək - Nazir müavini

164616

Bu il ərzində işğaldan azad edilmiş ərazilər də daxil olmaqla ölkə ərazisində 3 milyon ağacın əkilməsi nəzərdə tutulur. 

Bizim.Media xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib. 

O bildirib ki, bu gün iqtisadi cəhətdən dayanıqlı, təmiz və sağlam gələcəyə keçid ən aktual çağırışlardan biridir, eyni zamanda, bir cəmiyyət olaraq qarşımızda duran böyük məsuliyyətdir. 
"Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün yaşıl iqtisadiyyata keçid böyük əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanın sosial-iqtisadi islahatlara əsaslanan inkişaf konsepsiyasında davamlı inkişafın bir komponenti olan “yaşıl” iqtisadiyyata keçid mühüm yer tutur.

Təsadüfi deyildir ki, ölkə başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030:

sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində 5-ci prioritet “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” adlanır. Sənəddə təbii ehtiyatlardan, təmiz və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə, tullantıların təkrar emalı və ekoloji təmiz texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı konkret tapşırıqlar müəyyən edilib. Ekoloji problemlərdən biri olan qlobal iqlim dəyişmələri dayanıqlı inkişafın nəinki ekoloji, həm də iqtisadi və sosial aspektlərinə ciddi təsir göstərir. Məqsədimizi reallaşdırmaq üçün son illərdə iqtisadiyyatın dekarbonizasiyasına yönəlmiş siyasi, iqtisadi və qanunvericilik islahatları aparılır”, - deyə U.Tağıyeva qeyd edib. 

Diqqətə çatdırılıb ki, Azərbaycan iqlim dəyişikliyinin təsirini yumşaltmaq üçün bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, daha səmərəli “yaşıl” texnologiyalarının inkişafı kimi bir sıra tədbirlər həyata keçirib. Ətraf mühitə buraxılan zərərli qazların udulması və sağlam ekoloji mühitin yaradılması məqsədilə ölkədə meşə və yaşıllıq ərazilərinin genişləndirilməsi üçün kütləvi şəkildə ağacəkmə, meşə əkinləri və aqrobağların salınması işləri həyata keçirilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO