“Rayonlarda işsizlik kifayət qədər yüksək səviyyədədir. Məşğulluq sistemi işsizliyin yükünü götürə bilmir”.
Bu fikirləri deputat Fazil Mustafa parlamentdə büdcə müzakirəsi zamanı deyib.
O, sözügedən məsələnin çıxış yolları ilə bağlı Bizim.Media-ya açıqlama verib. Deputat bildirib ki, problemin çıxış yolu sahibkarlığın inkişafındadır:
“Sahibkarlara imkan yaratmaq lazımdır. Sahibkarlığın İnkişaf Fondunda olan bürokratik maneələr aradan qaldırılmalıdır.
Regionlardakı gənclər nə qədər domino oynayacaqlar? Onların çalışmaları üçün iş yerləri açılmalıdır. Kənd Təsərrüfatı profili və ya ərazisi olmayan, torpağını satmış vətəndaş hansı işlə məşğul olmalıdır? Zavodlar və ya emal müəssisələri yaradılmalıdır. Onları da təşviq etmək lazımdır. Təşviq etməsən, onları inkişaf etdirmək mümkün olmayacaq.
Fikrimcə, bu problemləri həll etmək üçün dövlətimizin imkanları var. Ölkə Prezidenti də sahibkarlığın yoxlanılmasının qarşısının alınması, mövcud şərtlərin yüngülləşməsi ilə bağlı dəfələrlə sərəncam verib. Onun özü də özəl sektorun inkişaf etməsində maraqlıdır. Biz özümüz də qeyri-neft sektorunun inkişafı, insan kapitalının inkişafı ilə bağlı dəfələrlə çıxış etmişik.
Qeyri-neft sektorunu inkişaf etdirib, daha asan variantlarda işlər görmək lazımdır. Regionlara dönüş həm də Bakının yüngülləşməsi baxımından vacibdir”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:00 / 16.11.2023
Deputat: “Rayonlardakı gənclər nə qədər domino oynayacaqlar?”
Hazırda oxunan: Deputat: “Rayonlardakı gənclər nə qədər domino oynayacaqlar?”
Hazırda oxunan: Deputat: “Rayonlardakı gənclər nə qədər domino oynayacaqlar?”
164607
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.