Binə və Xırdalanda qanunsuz tikililər söküldü – FOTO/VİDEO 

Binə və Xırdalanda qanunsuz tikililər söküldü – FOTO/VİDEO 

Hazırda oxunan: Binə və Xırdalanda qanunsuz tikililər söküldü – FOTO/VİDEO 

164602

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. 

Bu barədə Bizim.Media-ya FHN-dən bildirilib. 

Qeyd edilib ki, bu çərçivədə, Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsi və Abşeron rayonunun Xırdalan şəhəri ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib. 
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınaraq obyektlər sökülüb. 
 













Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO