Rüşvət almaqda təqsirləndirilən generalın məhkəməsi başlayır - FOTO

Rüşvət almaqda təqsirləndirilən generalın məhkəməsi başlayır - FOTO

Hazırda oxunan: Rüşvət almaqda təqsirləndirilən generalın məhkəməsi başlayır - FOTO

164572

Naxçıvanın Penitensiar Xidmətinin rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Bizim.Media apa-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxs Tofiq Həsənov barəsində toplanan cinayət işi materialları baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Hüseyn Məmmədovun icraatına verilib. İş üzrə hazırlıq iclası noyabrın 23-nə təyin edilib. 

Tofiq Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almada şübhəli bilinib.

Onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Səbail rayon Məhkəməsinə göndərilib. Məhkəmə vəsatəti təmin edib və general-mayor barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

O, O, Cinayət Məcəlləsinin 179.2.2, 179.2.2, 179.2.4 (Mənimsəmə və ya israf etmə - mənimsəmə və ya israf etmə) və 311.3.2, 311.3.3-cü (Rüşvət alma (passiv rüşvətxorluq- külli miqdarda törədildikdə)) maddələri ilə ittiham olunur. 
İttiham sübut olunarsa general-mayoru 12 ilədək həbs gözləyir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO