Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı vəzifə müddətinin 1 il uzadılması ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisində qəbul edilib.
Bizim.Media ölkə KİV-nə istinadən xəbər verir ki, Rusiya-Türkiyə birgə monitorinq mərkəzi çərçivəsində respublikanın hərbçilərinin göndərilməsi mandatı bu il noyabrın 17-dən bir il müddətinə uzadılıb.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan parlamentdən Türkiyə hərbiçilərinin Azərbaycandakı missiyasının bir il müddətinə uzadılmasını İSTƏDİ
Qeyd edək ki, qanun layihəsi TBMM-nin komitəsində müzakirələrdən keçib.
Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdən Türkiyə silahlı qüvvələrinin Azərbaycandakı missiyasının bir il müddətinə uzadılmasını istəyib.
Bizim.Media