Badamdardakı sürüşmənin qarşısı belə alınır – GÖRÜLƏN İŞLƏR – FOTOLAR

Badamdardakı sürüşmənin qarşısı belə alınır – GÖRÜLƏN İŞLƏR – FOTOLAR

Hazırda oxunan: Badamdardakı sürüşmənin qarşısı belə alınır – GÖRÜLƏN İŞLƏR – FOTOLAR

16456

Bakının Badamdar qəsəbəsində sürüşmənin qarşısını almaq üçün görülən işlər açıqlanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Bizim.Media-ya bildirilib ki, sürüşmə zonasında birinci mərhələ üzrə işlər ötən ilin oktyabr ayından başlayıb və bu işlər çərçivəsində eni 3,5 metr, dərinliyi 30 metr olan 3 ədəd quyu qazılıb.

Məlumata görə, quyuların bütün konstruksiya və avadanlıqları Yaponiyadan gətirilib:

“Layihəyə görə bütün quyuların aşağı hissəsində 2 səviyyədən ibarət olmaqla ümumilikdə 63 ədəd uzunluqları 50 metr və diametri 40 mm olan üfüqi drenaj boruları quraşdırılmalıdır. Sonda bu quyular dib səviyyəsində bir-biri ilə birləşməli və yığılmış sular ən aşağı quyu olan birinci quyunun dib səviyyəsindən sahədən öz axımı ilə kənarlaşdırılır”.

Nazirlik eyni zamanda sürüşmənin səbəblərini də açıqlayıb. Qeyd olunub ki, sürüşməyə səbəb orta hissədə ikinci qurunun qarşısında yeraltı sualırın uzun müddət ərzində toplanması olub:

"Drenaj quyularının hazır olmasına baxmayaraq uzunluğu 50 metr olan üfuqi drenaj borularının inşası tam başa çatdırılmayıb. Yeraltı suların toplanması mənbələrindən biri kimi yamacın yuxarı hissəsində ikinci sahə deyilən yaşayış hissəsində təqribən üç minə qədər fərdi yaşayış evlərinin kanalizasiya xəttinə qoşulmaması da ehtimal olunur. Layihə üzrə işlər tam bitənədək sahədə lokal uçqun hadisələri baş verə bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO