Gəncə terrorunda valideynlərini itirən Xədicəyə ata-anasının şəklini göstərmirlər - VİDEO

Gəncə terrorunda valideynlərini itirən Xədicəyə ata-anasının şəklini göstərmirlər - VİDEO

Hazırda oxunan: Gəncə terrorunda valideynlərini itirən Xədicəyə ata-anasının şəklini göstərmirlər - VİDEO

16452

Ötən ilin payızında baş vermiş İkinci Qarabağ müharibəsində Gəncəyə atılan sonuncu raket zərbəsində ata-anasını, balaca bacısını itirən, 3 gün gözünü açmayan Xədicənin indi başqa dünyası var.

2020 -ci ilin sentyabrında Ermənistanla Azərbaycan arasında başlamış və 44 gün davam etmiş müharibə zamanı Azərbaycanın ikinci böyük şəhəri bir neçə dəfə erməni hərbçilərinin raket zərbələrinə tuş gəlmişdi.

Balaca Xədicənin valideynləri Züleyxa və Royal Şahnəzərovlar və bacısı Mədinə oktyabrın 17-də gecə vaxtı edilən hücum zamanı dağıntılar altında qalaraq həlak olmuşdu.

Nənəsi Sevinc Ağayeva deyir ki, psixoloqlar onlara Xədicəyə ata-anasının həlak olması ilə bağlı tədricən danışmağı məsləhət görüblər, həqiqəti o bir az böyüyəndən sonra söyləcəklər.

Ona görə valideynlərinin də şəkillərini hələlik göstərmirlər. (BBC News Azərbaycan)

Bizim.Media
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Bizim Media (@bizimmediaaz)

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO