Milli Məclis və aparatı üçün 51 milyona yaxın pul AYRILIB 

Milli Məclis və aparatı üçün 51 milyona yaxın pul AYRILIB 

Hazırda oxunan: Milli Məclis və aparatı üçün 51 milyona yaxın pul AYRILIB 

164465

“2024-cü ilin dövlət büdcəsində Milli Məclisin və onun aparatının saxlanılması üçün 50 milyon 919 min 10 manat vəsait nəzərdə tutulub”. 

Bizim.Media xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin işlər müdiri Firudin Hacıyev deyib. 

O bildirib ki, xərclər smetasının ümumi dəyərinin 75,12 faizini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir. 

F.Hacıyev əlavə edib ki, 2023-cü ilin xərclər smetasında nəzərdə tutulmuş vəsaiti hesabına Milli Məclisin avtoparkının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müxtəlif növ avtomobillər alınaraq istismara verilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO