Balakən rayonunda qanunsuz tikililərə qarşı tədbirlər davam etdirilir. Balakən rayonu ərazisində memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə mütəmadi monitorinqlər keçirilir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, müvafiq sənədləri olmadan qanunsuz tikinti işlərinin aparılmasına qarşı qanunvericiliyin tələbələrinə uyğun olaraq tədbirlər həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsi, Rayon İcra Hakimiyyəti və rayon polis şöbəsinin qanunsuz tikintilərlə bağlı keçirdiyi birgə tədbirlər nəticəsində rayonunun Xalatala və Hənifə kəndlərində qanunsuz tikinti işlərinin aparıldığı müəyyən olunub.
Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsi ilə rayon icra və polis şöbələrinin apardığı növbəti monitorinqlər isə Balakən şəhəri ilə yanaşı, Tülü və Xalatala kəndlərini əhatə edib və bu zaman qanunsuz tikinti işlərinin aparıldığı müəyyən olunub.
Rayon icra hakimiyyəti nəzdində fəaliyyət göstərən Qanunsuz Tikintilərlə Mübarizə Komissiyası tərəfindən vətəndaşlarla profilaktiki söhbət aparılıb, qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər nəzarətə götürülüb. Vətəndaşlara tikinti ilə bağlı qanunvericiliyə uyğun sənədləri hazırladıqdan sonra tikinti işlərini davam etdirməsi tövsiyə edilib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:36 / 15.11.2023
Balakəndə qanunsuz tikinti işlərinin qarşısı alındı – FOTO
Hazırda oxunan: Balakəndə qanunsuz tikinti işlərinin qarşısı alındı – FOTO
Hazırda oxunan: Balakəndə qanunsuz tikinti işlərinin qarşısı alındı – FOTO
164425
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.