Şərurda ehtiyatsızlıqdan adam ölümünə səbəb olan şəxsin cinayət işi məhkəməyə göndərilib

Şərurda ehtiyatsızlıqdan adam ölümünə səbəb olan şəxsin cinayət işi məhkəməyə göndərilib

Hazırda oxunan: Şərurda ehtiyatsızlıqdan adam ölümünə səbəb olan şəxsin cinayət işi məhkəməyə göndərilib

164371

Şərurda ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğu məlumat yayıb. 

Cari il aprelin 29-da Şərur rayonunda Mürsəl Hüseynovun aldığı xəsarətdən ölməsi ilə faktı bağlı istintaqı aparılan cinayət işi yekunlaşdırılıb. 

İstintaqla, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Abdulla Abdullayev tərəfindən kəsici-deşici alətlə Şərur rayon sakini Mürsəl Hüseynovun sağ ayağının bud nahiyəsinə xəsarət yetirilməsinə və sonuncunun həmin xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. 

Abdulla Abdullayevə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib. 
Cinayət işi tamamlanaraq baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO