Kürdəmirdə

Kürdəmirdə "Mercedes" avtomobili  "KamAZ"la toqquşdu

Hazırda oxunan: Kürdəmirdə "Mercedes" avtomobili  "KamAZ"la toqquşdu

164354

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki, "Mercedes" markalı minik maşını həmin yolda hərəkətdə olarkən "KamAZ" markalı yük maşını ilə toqquşub.

Nəticədə İmişli rayon sakini 33 yaşlı Bayramov Xaləddin Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bizim.Media, Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO