Zibillik poliqonuna çevrilən TƏBİİ SƏRVƏTİMİZ – Ağdamdakı İstisu NİYƏ TƏMİZLƏNMİR? – FOTO 

Zibillik poliqonuna çevrilən TƏBİİ SƏRVƏTİMİZ – Ağdamdakı İstisu NİYƏ TƏMİZLƏNMİR? – FOTO 

Hazırda oxunan: Zibillik poliqonuna çevrilən TƏBİİ SƏRVƏTİMİZ – Ağdamdakı İstisu NİYƏ TƏMİZLƏNMİR? – FOTO 

164326

Ağdamda İstisu adlanan yer rayonun Mirəşelli kəndi ərazisində yerləşir. Burada qaynar duzlu su fantan verir. Sakinlər suyun müalicəvi əhəmiyyətinə inanır, hətta, dəri xəstəliklərinin müalicəsinə faydası dəydiyini də deyirlər. Buna görə də, sakinlər vaxtaşırı bura gəlib yaranmış gölməçələrdə yuyunur və özləri ilə su da götürürlər.  

Fantanın ətrafında vəziyyət heç də ürəkaçan deyil 

Belə ki, quyunun ərazisində yerləşən zibil poliqonuna atılan tullantılar su ilə qarışıb. Bu səbəbdən su nəinki müalicə üçün yararlıdır, əksinə, əlavə xəstəliklərə yol açır desək yanılmarıq. Quyudan qaynayan su uşaq bezi, köhnə paltarlar və digər qida tullantılarının içərisindən süzülərək gölməçələrə tökülür.  


Kəndin ərazi nümayəndəsi Məhərrəm Quliyev fantanın ətrafında uzun illərdir zibilliyin olmasını təsdiqləyir. O, bildirir ki burada geoloji kəşfiyyat işləri aparılmamışdan əvvəl də zibil poliqonu mövcud olub. İndi olduğu kimi insanlar qoşqularla, arabalarla öz tullantılarını bura töküblər: 

"Təxminən 1986-87-ci illərdə neft axtarmaq məqsədilə kənd ərazisində iki belə quyu qazılıb. Hər ikisindən qaynar duzlu su çıxıb. Sonralar quyunun biri doldurulsa da, sözügedən quyuda fantanın təzyiqi güclü olduğu üçün dəmir qurğu ilə quyunun ağzı bağlanıb".  


Ərazilərin çirkabdan təmizlənməsi məsələsinə gəldikdə isə kənd rəsmisi M.Quliyev sözügedən ərazinin Bələdiyyənin balansında olduğunu diqqətə çatdırıb. 

Bütün bunlar vəsait tələb edir 

Kəndin bələdiyyə sədri Fəxrəddin Allahverdiyev də əməkdaşımızla həmsöhbət olub, mövcud vəziyyətdən xəbərdar olduğunu bildirib. Lakin ərazidən zibilin daşınması üçün heç bir vəsaitin olmadığını və həmçinin buranın qanuni poliqon olmadığını qeyd edib: 


"Oranın təmizlənib daşınması üçün ekskavator, yük maşınları və işçilər lazımdır. Bizdə isə tələb olunan qədər vəsait yoxdur", deyə sədr əlavə edib.  

Uzun illərdir həllini tapmayan problem maddi-texniki vəsaitlərdən aslıdır. İstisunu təbii sərvət hesab etmək olar. Ona görə də, ərazinin tullantılardan təmizlənməsi xüsusi əhəmiyyət kəsb edir.

Ümid edirik ki, İstisunun ərazisi yaxın vaxtlarda tullantılardan təmizlənəcək.






Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO