“Bu il Şuşada “Xarı bülbül” festivalını keçirəcəyik” - Nazir

“Bu il Şuşada “Xarı bülbül” festivalını keçirəcəyik” - Nazir

Hazırda oxunan: “Bu il Şuşada “Xarı bülbül” festivalını keçirəcəyik” - Nazir

16428

“31 mart tarixində azərbaycanlılara qarşı törədilən soyqırım haqqında filmlərin çəkilməsi barədə planlarımız var. Həm 44 günlük müharibə, həm Xocalı qətliamı, Soyqırım haqqında və ümumiyyətlə tarixi kinoların çəkilməsi planlaşdırılır. Bildiyiniz kimi, bizim bu yaxınlarda Türkiyəyə səfərimiz olmuşdu və səfərimizdə də məhz bu fikirləri müzakirə etdik. Gələcəkdə həm Azərbaycan, həm də beynəlxalq səviyyədə bu filmlərlə həqiqətlərimizi dünyaya çatdıracağıq”.

Bizim.Media xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov Quba Soyqırımı Memorial Kompleksini ziyarəti zamanı jurnalistlərə açıqlamasında bildirib.

Anar Kərimov Zəfər abidəsinin tikintisindən də bəhs edib:

“Deyərdim ki, möhtəşəm bir kompleks və muzey olacaq. Dünyada, bəlkə də unikal bir yer olacaq. Yenə də məqsədimiz ondan ibarətdir ki, necə ki, bu Quba Memorial Kompleksi bizim üçün bir yaddaşdırsa, o Zəfər muzeyi də bizim üçün bir qürurdur”.

Mədəniyyət naziri qeyd edib ki, Şuşada “Xarı Bülbül” məqbərəsinin tikilməsi ilə bağlı işlər aparılır:

““Xarı bülbül” festivalının keçirilməsi də nəzərdə tutulur. Bu il Şuşada onu keçirəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO