Quba şəhərindəki Şəhidlər Xiyabanında yerləşən löhvədə yanlışlığa yol verilib. Xiyabandakı lövhədə qeyd edilib ki, “Torpaq uğrunda ölən varsa Vətəndir”.
Bu barədə “Grammar.Azi” səhifəsi fotofakt paylaşıb. Bildirilib ki, "Torpaq, (əgər) uğrunda ölən varsa, Vətəndir" deyimi türk şairi M.C.Kuntayın şeirindən götürülüb:
“Burada "Vətəndir" sözü böyük və ya kiçik hərflə yazıla bilər. Amma irad həmin sözə yox, cümlədəki vergüllərin olmaması ilə bağlıdır. Qarşımızda tabeli mürəkkəb cümlədir və burada şərt budaq cümləsi baş cümlənin ortasında işlənib.
Ona görə də hər iki tərəfdən vergüllə ayrılıb. Vergülün işlənmə qaydasına riayət etmək vacibdir, çünki cümləni "Torpaq uğrunda ölən varsa, Vətəndir" formasında yazsaq, onun mənası yanlış tərəfə dəyişir, yəni cümlədə "Torpaq uğrunda kim ölübsə, o şəxs Vətəndir" fikri nəzərdə tutulur.
Əsas fikir isə ondan ibarətdir ki, əgər bir torpaq uğrunda ölən varsa, o torpaq vətən sayılır. Yəni "Torpaq Vətəndir" baş cümlə, "uğrunda ölən varsa" hissəsi isə budaq cümlədir”.
Yol verilmiş yanlışlıqla bağlı Quba rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin məsul əməkdaşı Anar Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, ən qısa zamanda yanlışlıq aradan qaldırılacaq:
“Bununla bağlı sizə əlavə məlumat veriləcək”.
Mövzunu diqqətdə saxlayacağıq.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:00 / 14.11.2023
Quba Şəhidlər Xiyabanındakı löhvədə yanlışlığa YOL VERİLDİ – FOTOFAKT
Hazırda oxunan: Quba Şəhidlər Xiyabanındakı löhvədə yanlışlığa YOL VERİLDİ – FOTOFAKT
Hazırda oxunan: Quba Şəhidlər Xiyabanındakı löhvədə yanlışlığa YOL VERİLDİ – FOTOFAKT
164274
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.