Polis Ağdaşda əməliyyat KEÇİRDİ: 9 nəfər SAXLANILDI – FOTO  

Polis Ağdaşda əməliyyat KEÇİRDİ: 9 nəfər SAXLANILDI – FOTO  

Hazırda oxunan: Polis Ağdaşda əməliyyat KEÇİRDİ: 9 nəfər SAXLANILDI – FOTO  

164263

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və oğurluq etməkdə şübhəli bilinən ümumilikdə 9 nəfər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı yaşadığı ünvanda külli miqdarda narkotik vasitə saxlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Səməd Abbasov saxlanılıb. 

Ona məxsus evə baxış keçirilərkən oradan kisələrdə və 37 ədəd bükümdə ümumi çəkisi 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə narkotik vasitələrin və psixotrop maddələrin satışı, eləcə də dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən daha 7 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan heroin, marixuana və metamfetamin aşkarlanıb. 

Noyabr ayının əvvəllərində isə rayonun Pirəzə kəndində yerləşən mağazadan tütün məmulatlarının oğurlanması barədə polisə məlumat daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də bir neçə dəfə oğurluğa görə məhkum olunmuş Samir Babayev saxlanılıb. 

Araşdırma zamanı həmin şəxsin Ağsu rayonunda da oğurluq etdiyi müəyyən olunub. O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarını paytaxta apararaq orada satdığını bildirib. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. 














Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO