Bakıda və Abşeron yarımadasında noyabrın 14-ü gündüz cənub küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, 14-ü axşamdan 15-i səhərədək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, Azərbaycanın rayonlarında noyabrın 14-dən 15-nə keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə (Naxçıvan MR-da, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-aran, Dağlıq-Şirvan) yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Noyabrın 14-ü axşam, 15-i gecə və səhər qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:15 / 13.11.2023
Bakıda külək güclənəcək, rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
Hazırda oxunan: Bakıda külək güclənəcək, rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
Hazırda oxunan: Bakıda külək güclənəcək, rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
164199
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.