16 milyonluq mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru Ramin İsayevin cinayət işi üzrə ibtidai araşdırma davam edir.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, iş üzrə istintaq hərəkətlərinin davam etməsi ilə əlaqədar seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.
Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda təqdimat əsaslı hesab edilib. Qərara əsasən, R.İsayevin həbsdə saxlanma müddəti 4 ay uzadılıb.
Qeyd edək ki, 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilən R.İsayev 2023-cü ilin iyulunda aş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü ( mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:15 / 13.11.2023
Ramin İsayevin həbs müddəti UZADILDI
Hazırda oxunan: Ramin İsayevin həbs müddəti UZADILDI
Hazırda oxunan: Ramin İsayevin həbs müddəti UZADILDI
164134
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.