Gəncədə bir ailənin üzvləri dəm qazından zəhərləndi

Gəncədə bir ailənin üzvləri dəm qazından zəhərləndi

Hazırda oxunan: Gəncədə bir ailənin üzvləri dəm qazından zəhərləndi

164092

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən yaşayış binalarındakı mənzillərin birində qeydə alınıb.

1954-cü il təvəllüdlü M.Qurbanova, 1987-ci il təvəllüdlü Ş.Qurbanova, 2008-ci il təvəllüdlü V.Qurbanov və 2010-cu il təvəllüdlü A.Qurbanov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Onların sözlərinə görə, yaşadıqları evdə dəm qazından zəhərləniblər. Qeyd edək ki, zəhərlənən şəxslər bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO