Vətən müharibəsi qazisi “Qumbara” Tərlan evləndi – FOTO  

Vətən müharibəsi qazisi “Qumbara” Tərlan evləndi – FOTO  

Hazırda oxunan: Vətən müharibəsi qazisi “Qumbara” Tərlan evləndi – FOTO  

164091

Vətən müharibəsinin davam etdiyi günlərdən birində bədəncə çılız olan lakin, aslan ürəkli, bu cəsur oğlanı bir anda dünya tanıdı. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı ilə "Qumbara" Tərlan ləqəbi qazanan Tərlan Həsənovun bu gün toy mərasimi olub. 

Məclisdə çox sayda qazi, Vətən müharibəsi iştirakçıları, eləcə də Millət vəkililləri, ictimaiyyət nümayəndələri iştirak edib. Məclisə qatılanlar gənclərə xeyir-dua verib, Tərlanın qəhrəmanlıqlarla dolu döyüş yolundan bəhs edib. 
Qeyd edək ki, Tərlan Həsənov döyüş yoldaşlarını xilas etmək üçün özünü qumbaranın üstünə ataraq onların həyatını xilas etmişdi və möcüzə nəticəsində onun özü də sağ qalmışdı. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO