Belə sərgilər oxucunun müəllifi yaxından tanıması üçün gözəl fürsətdir - Elxan Elatlı

Belə sərgilər oxucunun müəllifi yaxından tanıması üçün gözəl fürsətdir - Elxan Elatlı

Hazırda oxunan: Belə sərgilər oxucunun müəllifi yaxından tanıması üçün gözəl fürsətdir - Elxan Elatlı

164063

“Artıq neçənci dəfədir ki, Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edirəm. Hər dəfə bir yazıçı kimi həm oxucularımla görüşə, həm də buradakı çox gözəl ab-havaya görə çox fərəhlənirəm”.

Bizim.Media  xəbər verir ki, bunu IX Bakı Beynəlxalq Kitab Sərgisinin iştirakçısı, tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvi Elxan Elatlı jurnalistlərə açıqlamasında deyib.

Sərgi barədə fikirlərini bölüşən yazıçı qeyd edib ki, belə tədbirlər gənclər arasında mütaliəyə böyük maraq yaradır:

“Sərgi çərçivəsində müəlliflərlə çoxsaylı görüşlər keçirilir. Bu, oxucunun müəllifi yaxından tanıması üçün gözəl fürsətdir. Bu baxımdan mən sərginin təşkilatçılarına təşəkkürümü bildirirəm”.
Xatırladaq ki, sərgisi çərçivəsində Elxan Elatlının “Susan qadın”, “Qazinin ölümü” və “Belçika ovçarkası” kitablarının imza günü keçirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO