BİZİM TƏQVİM: 13 noyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 13 noyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 13 noyabrda baş vermiş tarixi hadisələr

164045

2013-cü ilin bu günüdə Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan iclasda iştirak ediblər.  

Bəs, noyabrın 13-də dünyada daha nələr olub? 

1. 1906-cı ilin 13 noyabr tarixindә Fransalı Paul Kornu velosiped üzәrinә yerlәşdirilәn ilk helikopterini  uçurdu. 

2. 1920-ci ilin 13 noyabr tarixindә I Dünya Müharibәsindәn sonra qurulan Millәtlәr Liqası ilk iclasını keçirib. İclasda 41 ölkәnin 5 min tәmsilçisi iştirak edib. 

3. 1956-cı ilin 13 noyabr tarixindә ABŞ Ali Mәhkәmәsi Alabama ştatındakı avtobuslarda ağ vә qara dәrili insanlar arasında ayrıseçkiliyә sәbәb olan qanunu lәğv etdi. 

4. 1966-cı ilin 13 noyabr tarixindә İsrail әsgәrlәri İordaniyanın Samu kәndinә hücum etdi. Hücum zamanı yüzlәrlә mülki vәtәndaş hәlak oldu. 

5. 1970-ci ilin 13 noyabr tarixindә Banqladeşdә tüğyan edәn ‘‘Bhola’’ fırtınası nәticәsindә 500 min nәfәr hәlak olub. 

6. 13 noyabr 1970-ci ildə Pakistanda siklon 300.000 insanın həyatına son qoyub. Bu faciə XX əsrin ən böyük təbii fəlakəti hesab edilir. 

7. 1985-ci ilin 13 noyabr tarixindә Kolumbiyada Nevado vulkanı kül püskürmәyә başlayıb. Tәbii fәlakәt nәticәsindә 25 min mülki vәtәndaş hәlak oldu. 

8. 2009-cu ilin 13 noyabr tarixindә NASA Ayın qütb bölgәsindә suyun aşkar edildiyini elan edib. 

9. 13 noyabr 2002-ci ildə İspaniya sularında 77.000 ton neft daşıyan tankerin qəzaya uğraması ekoloji fəlakətə səbəb oldu.  

10. 13 noyabr Beynəlxalq Gözdən Əlillər Günüdür. 13 noyabr 1745-ci ildə fransız xeyriyyəçisi, pedaqoq, korlar üçün ilk əlifbanın müəllifi Valentin Hauy ( 1745-1822) anadan olub. Onun doğum günü şərəfinə 13 noyabr Beynəlxalq Gözdən Əlillər Günüdür kimi qeyd olunur. 

Noyabrın 13-də bu şəxsiyyətlər xatırlanır: 

1. 13 noyabr 1850-ci ildə məşhur ingilis yazıçı, macəra romanlarının müəllifi Robert Luis Stivenson (1850- 3.12.1894) anadan olub. Əsərləri: "Dəfinələr adası", "Şahzadə Otto", "Qara ox" və s. 

2. Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti Əliağa Ağayev 13 noyabr 1983-cü ildə dünyasını dəyişib (9 mart 1913- 1983). 

3. 1945-ci ilin bu günündə Azərbaycanın tanınmış teatr və kino aktrisası, Xalq Artisti Elmira İsmayılova anadan olub. 

4. 13 noyabr 1960-ci ildə kinorejissor, rəssam Şamil Nəcəfzadə anadan olub. Filmləri: "Qala" (ssenari müəllif və rejissor), "Cin mikrorayonda", "İmtahan", "Yarasa" (rəssam). 

5. 13 noyabr 1948-ci ildə aktyor, dramaturq Arif Mədətov anadan olub. "Qatır Məmməd", "Dərviş Parisi partladır", "O qızı tapın" və s. filmlərdə çəkilib. Pyesləri: "Şeytan", "Sezarın qətli" və s. 

6. 13 noyabr 1983-ci ildə kinooperator, Əməkdar incəsənət xadimi Əsgər İsmayılov (1905 - 1983) vəfat edib. Filmləri: "Qara daşlar", "Kölgələr sürünür" və s. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO