Ramiz Rövşənin “Dünyanın siz olan yeri” kitabının təqdimatı oldu - FOTO

Ramiz Rövşənin “Dünyanın siz olan yeri” kitabının təqdimatı oldu - FOTO

Hazırda oxunan: Ramiz Rövşənin “Dünyanın siz olan yeri” kitabının təqdimatı oldu - FOTO

164022

Noyabrın 12-də IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Xalq şairi Ramiz Rövşənin “Dünyanın siz olan yeri” kitabının təqdimatı və imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, təqdimat mərasimində çıxış edən şair uşaqlarla bağlı dördüncü kitabının yayımlanacağını bildirib. 

O, sərgidə azyaşlıların iştirakının və onların şeirə, sənətə marağını görməyin sevindirici hal olduğunu diqqətə çatdırıb.

Sonra “Ramiz Rövşən mükafatı” bədii qiraət müsabiqəsinin qalibi balaca Ləman şeirini ifa edib.

Daha sonra “Bakı payızı 2023 istedadlar müsabiqəsi”nin finalçıları Rəşid Mikayılov və Fidan Ələkbərova sözləri Ramiz Rövşənə məxsus olan mahnını ifa ediblər.

Tədbirin sonunda yazıçı oxucular üçün kitabları imzalayıb.





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO