Bakıda Zəfərə həsr olunan “Qələbə qaçışı” başladı - FOTO

Bakıda Zəfərə həsr olunan “Qələbə qaçışı” başladı - FOTO

Hazırda oxunan: Bakıda Zəfərə həsr olunan “Qələbə qaçışı” başladı - FOTO

163992

Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə qaçışı başlayıb.

Bizim.Media xəbər verir ki, “Qürurla irəli” şüarı ilə keçirilən qaçışa qoşulmaq istəyənlər qeydiyyat zamanı xeyriyyə məqsədilə minimum 10 manat iştirak haqqı ödəyib. Toplanan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.

“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürüb. Qaçış 2 müxtəlif (5 km və 10 km) məsafəni əhatə edir və 10 km məsafədə finişə ilk çatan iştirakçılar qalib elan ediləcəklər.

Qaçış çərçivəsində maraqlı tədbirlərin də təşkil olunacağı gözlənilir.

Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO