Konstitusiya Günü ilə bağlı virtual sərgi hazırlandı

Konstitusiya Günü ilə bağlı virtual sərgi hazırlandı

Hazırda oxunan: Konstitusiya Günü ilə bağlı virtual sərgi hazırlandı

163988

Konstitusiya Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü” adlı virtual sərgi hazırlanıb.

Bizim.Media  xəbər verir ki, virtual sərgidə rəsmi sənəd, Azərbaycanın görkəmli şəxsiyyətlərinin konstitusiyamız haqqında fikirləri, fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda Konstitusiya Günüdür


Sərgiyə keçid üçün link: //anl.az/el/vsb/12Noyabr_Konstitusiya_gunu/index.htm.

Qeyd edək ki, 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin Sərəncamı ilə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü elan edilib. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunub.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO