Artıq bu şəxslər də ipoteka ilə ev ala biləcəklər - MÜHÜM YENİLİK - VİDEO

Hazırda oxunan: Artıq bu şəxslər də ipoteka ilə ev ala biləcəklər - MÜHÜM YENİLİK - VİDEO

163954

Aşpaz, bərbər, dayə və bu kimi xidmət sahələrində çalışan digər şəxslər də ipoteka imkanlarından faydalana biləcəklər. Çünki sabit vergi ödəyicilərinin ipoteka kreditlərinə çıxışını təmin etmək üçün müvafiq tədbirlər hazırlanıb.

Bizim.Media “xezerxeber.az”a istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Xalid Kərimli deyib ki, sözügedən şəxslərin gəlirlərinin qeyri - stabil olması onlara müəyyən problemlər yaradırdı.

Ekspert bildirib ki, müxtəlif xidmət sahələrində çalışanlara aylıq sabit vergi ödənişi tətbiq olunduğuna görə ipoteka kreditinə müraciət etmək üçün imkan yaradılacaq.

Onun sözlərinə görə, yeni qaydalar qüvvəyə minəndən sonra əhalinin əhəmiyyətli kateqoriyasını təşkil edən müxtəlif xidmət sahələrində işləyənlərin ipoteka kreditlərinə əlçatanlığı təmin olunacaq.

Xalid Kərimli hesab edir ki, dəyişklik regionlarda mənzil bazarının canlanmasına səbəb ola bilər.

Yeniliklərin tətbiqi ilə bağlı təkliflər qanunvericilik şəklində aidiyyəti üzrə təqdim edilib. Müvafiq qaydada təsdiq prosesini keçdikdən sonra, yaxın vaxtlarda yeniliklərdən istifadə mümkün olacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO