Siyəzəndə avtomobil inəyi vuraraq yolun kənarına ATIB - Sahibi cəzalanacaq? - FOTO

Siyəzəndə avtomobil inəyi vuraraq yolun kənarına ATIB - Sahibi cəzalanacaq? - FOTO

Hazırda oxunan: Siyəzəndə avtomobil inəyi vuraraq yolun kənarına ATIB - Sahibi cəzalanacaq? - FOTO

163913

Bakı-Quba yolunun Siyəzənin Zarat kəndindən keçən hissəsində-Beşbarmaq pirinin yaxınlığında inək avtomaşınla vurularaq yolun kənarına atılıb.

Hadisəni Bizim.Media-nın əməkdaşı müşahidə edib və fotolarını lentə alıb.

Siyəzən İcra Hakimiyyətinin Zarat ərazi nümayəndəliyi üzrə nümayəndəsi Vaqif Şahbazov saytımıza açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib. Hadisədən xəbər tutandan sonra isə məsələnin Siyəzən Yol İdarəsi nin səlahiyyətində olduğunu bildirib. 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Siyəzən 2 saylı Yol İstismarı MMC”dən Bizim.Media-ya bildirilib ki, hadisə barədə məlumatlıdırlar.

Sadəcə olaraq inək sahibinin tapılması üçün heyvanın cəsədini yoldan götürə bilməyiblər. Amma az bir vaxtda cəsədi yoldan götürəcəklərinə də söz veriblər.  

Qurumdan o da qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq müddəasına görə magistral yola heyvan buraxan mal sahibləri buna görə məsuliyyət daşıyırlar:

“Çünki onlar heyvanını itirməklə yanaşı, həm də avtomobilə dəyən zərəri də aradan qaldırmalıdırlar. Üstəlik cərimə də olunurlar. Bu səbəbdən heyvanın qiyməti 5000 olsa belə, sahibi səsini çıxarmır ki, cərimə olunmasın və zərərçəkənin avtomobilini təmir etdirməsin. Yəqin ki, faktı Dövlət Yol Polisi İdarəsi araşdıracaq. Biz də  belə mal sahiblərinin cəzalanmasını istəyirik ki, yollarda belə problem yaşanmasın”, - deyə qurumdan bildirilib.



Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO