Milli Hidrometeorologiya Xidməti havanın mülayimləşəcəyini bildirir.
Noyabrın 11-nə olan məlumatına əsasən noyabrın 10-da ölkə ərazisində qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti müşahidə olunub, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.
Xidmətdən Bizim.Media-ya bildirilib ki, noyabrın 10-da axşam saatlarından güclü külək tədricən zəifləyib, 11-də səhər saatlarından yağıntılar kəsilib.
Düşən yağıntının miqdarı: Astarada 45 millimetr (aylıq normanın 29 faizi), Lənkəranda 24 millimetr (aylıq normanın 14 faizi), Yardımlı, Xaltan, Altıağac, Lerik, Qəbələ, Zaqatala, Qax, Qrız, Naxçıvan, Oğuz, Şəki, Quba, Şamaxı, İsmayıllı, Biləsuvar, Ağsu, Şahdağ, Mingəçevir, Sabirabadda 6 millimetrəddək olub.
Qar örtüyünün hündürlüyü Qrızda 1 santimetr olub. Şamaxı, Qrız, Lerik, Şəmkirdə duman müşahidə olunub.
Noyabrın 11-də və 12-də ölkə ərazisində hava şəraitinin nisbətən mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:35 / 11.11.2023
Hava bu gündən MÜLAYİMLƏŞƏCƏK
Hazırda oxunan: Hava bu gündən MÜLAYİMLƏŞƏCƏK
Hazırda oxunan: Hava bu gündən MÜLAYİMLƏŞƏCƏK
163870
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.