Azad olunmuş ərazilərdə dağıdılmış kitabxanalardan götürülmüş nümunələr sərgidə NÜMAYİŞ olunur

Azad olunmuş ərazilərdə dağıdılmış kitabxanalardan götürülmüş nümunələr sərgidə NÜMAYİŞ olunur

Hazırda oxunan: Azad olunmuş ərazilərdə dağıdılmış kitabxanalardan götürülmüş nümunələr sərgidə NÜMAYİŞ olunur

163865

“Azad olunmuş ərazilərdə ciddi ziyan görən kitablar 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur”.

Bizim.Media xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Bakı Ekspo Mərkəzində keçirilən sərginin açılışında çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu gün Azərbaycan dövləti kitab sənayesinə, eləcə də gənc yazarların inkişafına xüsusi diqqət yetirir:

“Kitab sərgisi çərçivəsində kitabların toplanması üçün bir sıra vacib tədbirlər görülüb”.

A.Kərimli işğaldan azad olunmuş ərazilərdə ermənilərin dağıtdığı kitabxanalardan da danışıb:

“İşğaldan azad olunmuş bölgələrdə kitablar və kitabxanalar ciddi ziyan görüb. Biz də həmin kitabların sərgiyə gətirib burada nümayiş olunması üçün xüsusi işlər görmüşük”.

Nazir vurğulayıb ki, 30 il işğal dövrü ərzində Azərbaycan mədəni irsinə məxsus 927-dən çox kitabxana və 5 milyona qədər kitab fondu tamamilə məhv edilib:

"Bütün bunların bərpa edilməsi və Qarabağda kitab fondunun yaradılması üçün birlikdə addım atmalıyıq".

Qeyd edək ki, sərgi noyabrın 15-nə kimi davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO