Azərbaycanda yüzlərlə insanın minlərlə manat xərclədiyi "Pazfarm" şəbəkəsi vəsaitləri mənimsəyərək, aradan çıxıb.
Bizim.Media xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas “Facebook” hesabında qeyd edib.
O bildirib ki, platformada 50 min manata qədər pulu batan insanlar var:
"Pazfarm" insanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanan pul qazandıran platforma idi. Təsisçilər vəsaitləri kriptovalyutalar ilə aldıqları üçün hazırda batan pulların geri qayıtması mümkünsüz görünür. Zərərçəkən sayı çoxdur. İnsanlar təlaş içində hüquq mühafizə orqanlarına müraciət edirlər", - deyə o qeyd edib.
Qeyd edək ki, "Pazfarm" şəbəkəsi onlayn oyun platformasıdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:35 / 10.11.2023
Azərbaycanda onlayn platforma pulları mənimsəyib ARADAN ÇIXDI - 50 min İTİRİLDİ
Hazırda oxunan: Azərbaycanda onlayn platforma pulları mənimsəyib ARADAN ÇIXDI - 50 min İTİRİLDİ
Hazırda oxunan: Azərbaycanda onlayn platforma pulları mənimsəyib ARADAN ÇIXDI - 50 min İTİRİLDİ
163796
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.