Şabranda QƏZA – Xəsarət alanlardan üç nəfərin vəziyyəti AĞIRDIR – YENİLƏNİB

Şabranda QƏZA – Xəsarət alanlardan üç nəfərin vəziyyəti AĞIRDIR – YENİLƏNİB

Hazırda oxunan: Şabranda QƏZA – Xəsarət alanlardan üç nəfərin vəziyyəti AĞIRDIR – YENİLƏNİB

163770

Şabranda baş verən qəzada xəsarət alan yaralıların son durumu bəlli olub. 

Bizim.Media-nın şimal bürosu xəbər verir ki, onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir. 

*** 15:35

Şabran rayonunun Pirəbədil kəndi ərazisində hotel işçiləri qəzaya düşüb, 5 nəfər xəsarət alıb. 

Bizim.Media xəbər verir ki, qəza zamanı “VAZ-2106” və “Nissan X-Trail” markalı minik avtomobilləri toqquşub. 

Nəticədə "Şabran Hotel"in işçiləri - 1992-ci il təvəllüdlü Zeynalov Əlisahib Mirzə oğlu, Vəliyev Cəmil Əşrəf oğlu, 2004-cü il təvəllüdlü Sərdarov Elmir Vüsal oğlu, 2007-ci il təvəllüdlü Zeynalov Cavad Həbib oğlu və 1988-ci il təvəllüdlü Haşımov Elxan Pirverdi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 
Faktla bağlı araşdırma aparılır. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO