Sabah bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək - BNA məlumat YAYDI

Sabah bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək - BNA məlumat YAYDI

Hazırda oxunan: Sabah bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək - BNA məlumat YAYDI

16354

Sabah Bakıda aparılacaq təmir-bərpa işləri ilə əlaqədar paytaxtın Xətai rayonunun Xudu Məmmədov küçəsinin Vunqtau küçəsinin kəsişməsindən İlqar Zülfüqarov küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Bu səbəbdən M1, M2, M6 və 104 nömrəli marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada müvəqqəti təşkil ediləcək.

 

MÖVZU İLƏ BAĞLI:

Bakıda bu marşrutun hərəkət sxemi dəyişdirildi - FOTO

​​​​​​​
Dəyişikliyə əsasən:

M1, M2, M6 nömrəli ekspres marşrut üzrə avtobuslar “Həzi Aslanov “ metro stansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsindən geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə;

104 nömrəli müntəzəm marşrut üzrə avtobuslar “Həzi Aslanov “ metro stansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi - Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkəti müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO