Rəsədxanadan XƏBƏRDARLIQ: Ortasəviyyəli qasırğa gözlənilir - FOTO 

Rəsədxanadan XƏBƏRDARLIQ: Ortasəviyyəli qasırğa gözlənilir - FOTO 

Hazırda oxunan: Rəsədxanadan XƏBƏRDARLIQ: Ortasəviyyəli qasırğa gözlənilir - FOTO 

163401

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb. 

Rəsədxanadan Bizim.Media-ya bildirilib ki, Günəşin səthində ləkələrin sayı artıb, 5 ləkə qrupunda 67 ləkə, o cümlədən geoeffektiv tac dəliyi müşahidə olunur.  

Hazırda Günəş küləyinin sürəti 493 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4.83 nT, radial istiqamətdə isə 2.33 nT təşkil edir. Kosmik hava qeyri-sabitdir və G2 (orta) səviyyəli qasırğa gözlənilir.

Noyabrın 7-dən 13-dək C sinif alışmanın baş verməsi ehtimalı 80 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 20 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyələrdə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalması gözlənilir.
Geomaqnit sahəsinin noyabrın 8 və 9-da fəallığını saxlayacağı və daha sonra normala dönməsi proqnozlaşdırılır.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO