Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov noyabrın 7-də İbrahim Məmmədovun Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bizim.Media nuhcixan-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
MÖVZU İLƏ BAĞLI:
Naxçıvan Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin müavini vəzifəsindən AZAD EDİLDİ
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İbrahim Süleyman oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilsin.
2. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İbrahim Süleyman oğlu Məmmədova həvalə edilsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.
Bizim.Media