Balakən rayon sakini avtomobili idarə edərkən sükan arxasında dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bədbəxt hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunda, Balakən rayonunun Katex kəndi ərazisində qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə,”VAZ” markalı avtomobili idarə edən Vlazim Nəsibov avtomobil idarə edərkən səhhəti qəflətən pisləşib. O, avtomobili bir qədər kənara çəkərək saxlayıb və elə sükan arxasından yerə yıxılıb.
Hadisəni kənardan müşahidə edən sakinlər yetişənə kimi Vlazim Nəsibov oradaca keçinib.
Hadisə yeri müvafiq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müayinə və təhqiqat aparıldıqdan sonra sürücünün meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə aparılıb.
Hadisənin təfərrüatları rayon prokurorluğunda araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.
- A-
- A
- A+
Cəmiyyət
20:26 / 07.11.2023
Balakəndə bədbəxt hadisə: Sürücü sükan arxasında anidən ölüb
Hazırda oxunan: Balakəndə bədbəxt hadisə: Sürücü sükan arxasında anidən ölüb
Hazırda oxunan: Balakəndə bədbəxt hadisə: Sürücü sükan arxasında anidən ölüb
163382
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.