Səhiyyə Nazirliyinin səlahiyyətləri ARTIRILDI 

Hazırda oxunan: Səhiyyə Nazirliyinin səlahiyyətləri ARTIRILDI 

163371

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinin akkreditasiyası Səhiyyə Nazirliyinin yaratdığı Tibb Müəssisələrinin Akkreditasiyası Komissiyası tərəfində həyata keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

“Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası” TƏSDİQ EDİLİB 


Qərara əsasən, indiyə qədər Komissiyanın tərkibi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, digər tibb müəssisələrinə münasibətdə isə Səhiyyə Nazirliyinin rəhbəri tərəfindən təsdiq edilib.

Bundan sonra Komissiyanın tərkibi Səhiyyə Nazirliyinin rəhbəri tərəfindən təsdiq ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO