Elmira Məhəddinli: “Yeni jurnalımız Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub” – FOTO  

Elmira Məhəddinli: “Yeni jurnalımız Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub” – FOTO  

Hazırda oxunan: Elmira Məhəddinli: “Yeni jurnalımız Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub” – FOTO  

163358

Yasamal rayon Yeni Azərbaycan partiyasının qərargahında Beynəlxalq Humanistika İnstitutu  İctimai Birliyində (İHİ ) Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev 100”  jurnalının təqdimat mərasimi keçirilib. Mərasimdə təşkilatin üzvləri ilə birgə şəhid anaları, müharibə əlilləri, İlqar Cahangir və Şuşaya bayraq sancmış general Rəşad Aslanov, İHİ İB-nin  fəal üzvləri olan azsaylı  xalqların (yəhudi, ləzgi, udi, saxur, hapıt) nümayəndələri iştirak ediblər.  

Təşkilatın rəhbəri Elmira Məhəddinli jurnalın ərsəyə gəlməsi ilə bağlı Bizim.Media- ya açıqlama verib.  

“Təşkilatımızda ikinci jurnal işıq üzü görür. Birinci jurnalda təşkilatımızın fəaliyyətindən bəhs olunurdu. Bu jurnal isə Ümummlilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub. Biz yeganə təşkilatıq ki,  Azərbaycanda azsaylı xalqların nümayəndələri bizim təşkilatın fəal üzvləridir.

H.Əliyevin 100 illiyi ilə əlaqədar olaraq biz azsaylı xalqlarla bir sıra silsilə tədbirlər həyat keçiririk. Bu gündə tədbirimizdə azsaylı xalqların nümayəndələri iştirak edir.”  

Qeyd edək ki, jurnal iki dildə, həm azərbaycan, həm də ingilis dilində çap olunub. 









Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO