Goranboy rayon Veyisli kəndində 2 minik avtomobili toqquşub xəsarət alanlar var.
Bizim.Media "report.az"a istinadən xəbər verir ki, iki "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində Rafiq Rzayev və daha 3 nəfər xəsarət alıb.
Qəza nəticəsində 1976-cı il təvəllüdlü Ruhiyə Allahverdiyeva aldığı xəsarətdən dünyasını dəyişib.
Digər yaralı 1989-cu il təvəllüdlü Rafiq Rzayevin müalicəsi davam edir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media