Masallıda ata ərdə olan 27 yaşlı qızını niyə ÖLDÜRÜB? – Dəhşətli qətlin TƏFƏRRÜATI 

Masallıda ata ərdə olan 27 yaşlı qızını niyə ÖLDÜRÜB? – Dəhşətli qətlin TƏFƏRRÜATI 

Hazırda oxunan: Masallıda ata ərdə olan 27 yaşlı qızını niyə ÖLDÜRÜB? – Dəhşətli qətlin TƏFƏRRÜATI 

163280

Xəbər verdiyimiz kimi, gecə saatlarında Masallı rayonu Birinci Yeddioymaq kəndində qətl hadisəsi yaşanıb. 1969-cü il təvəllüdlü Hüseyn Şükürov qızı 1996-cı il təvəllüdlü Salatın Fətullayevanı evində qətlə yetirib. Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının atası saxlanılıb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Araşdırmalarımız nəticəsində məlum olub ki, 27 yaşlı qızını qətlə yetirən ata birinci Qarabağ müharibəsinin veteranıdır. Kürəkəni isə ikinci Qarabağ müharibəsi qazisidir. 

Bu barədə Bizim.Media-ya Masallı rayonu I Yeddioymaq kənd bələdiyyəsindən Baba müəllim məlumat verib. Onun sözlərinə görə qətlə yetirilən qız Masallının Viləş ərazi dairəsinin I Yeddioymaq kəndinə gəlin köçüb:
 

MÖVZU İLƏ BAĞLI:

Masallıda 27 yaşlı qadın qətlə yetirildi


“Qız qonşu kənddən bizim kəndə gəlin köçüb. Övladları da var. Gəlin köçdüyü ailəni tanıyıram. Qayınatası illər əvvəl dünyasını dəyişib. Həyat yoldaşı isə İkinci Qarabağ müharibəsinin qazisidir. Müharibədən sonra səhhətində bir qədər də problem yaranıb. Normal ailə kimi tanınırlar. Ata və qızı isə bizim kənddən olmadıqlarına görə tanımıram”.

Masallı rayon Viləş kənd ərazi nümayəndəsi Alim Ələmov da qətlin tam olaraq hansı səbəbdən baş verdiyindən məlumatsız olduğunu bildirib:

“Eşitdiyimizə görə qızla atası arasında mübahisə yaranıb və gecə saatlarında belə bir olay yaşanıb. Atası Hüseyn kişini tanıyıram. Birinci Qarabağ veteranı olub. Normal ailədirlər. İndiyədək barələrində hər hansı qalmaqal, mübahisə və ya xoşagəlməz bir şey eşitməmişik. Hər halda hüquq mühafizə orqanları məsələni araşdırıb, ortaya çıxararlar”, deyə Alim Ələmov əlavə edib. 

Hazırda faktla bağlı araşdırma aparılır.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO