Şəkidə 6 otaqlı mənzil sahibi ilə birlikdə yanıb.
İlkin təhqiqatdan sonra belə qənaətə gəlinib ki, yanğına səbəb mənzildəki qaz sobasında sızma baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, gecə saatlarında Şəki şəhəri Mirzə Ələkbər Sabir küçəsində yerləşən ümumi sahəsi 162 m² olan ikimərtəbəli, 6 otaqlı fərdi yaşayış evində yanğın baş verib.
Yanğın zamanı evin konstruksiyaları tamamilə yanıb və ev sahibi 69 yaşlı Ziyafət Salmanovanın yanmış cəsədi aşkar edilib.
Yanğın yerinin kəşfiyyatı zamanı qadının yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. İlkin olaraq yanğının qaz sobasından baş verdiyi ehtimal edilir. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qonşuların sözlərinə görə, mərhum mənzilində tək yaşayırdı. Bizim.Media hadisə yerindən eksklüziv kadrları təqdim edir.
*** 08:55
Noyabrın 7-si gecə saatlarında Şəki şəhəri M.Abbasov küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verib.
Bizim.Media xəbər verir ki, yanğın zamanı evin konstruksiyaları tamamilə yanıb və ev sahibi, 1954-cü il təvəllüdlü Salmanova Ziyafət İdris qızının yanmış cəsədi aşkar edilib.
İlkin olaraq yanğının qaz sobasından baş verdiyi ehtimal edilir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu