Voleybol üzrə Azərbaycan çempionatı başlayıb - FOTO 

Voleybol üzrə Azərbaycan çempionatı başlayıb - FOTO 

Hazırda oxunan: Voleybol üzrə Azərbaycan çempionatı başlayıb - FOTO 

163214

Bu gün voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında 2023/2024 mövsümünə start verilib.  

Bizim.Media xəbər verir ki, Bakı İdman Sarayında Yüksək Liqaların təntənəli açılış mərasimi keçirilib. 

Tədbirdə AVF rəhbərliyi, ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev və digər qonaqlar iştirak ediblər.  

Tədbir çempionatda mübarizə aparacaq bütün komandaların paradı ilə başlayıb. Sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Boriçiç və Bağırov çıxış edərək hər kəsi salamlayıblar, bütün komandalara uğurlar arzulayıblar.  
AVF rəhbəri ölkə çempionatını açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  

Ardınca Veteran voleybolçumuz, olimpiya və dünya çempionu İnna Rıskalın çempionatın açılışı ilə bağlı video təbriki nümayiş olunub.  

Tədbir bədii hissə ilə davam edib. Daha sonra qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk qarşılaşma sabah baş tutub.
Rəsmi açılış mərasimindən sonra ötən mövsümün çempionu “Azərreyl” və kubokun sahibi “Abşeron” üz-üzə gəliblər. Oyun “Azərreyl”in 1:3 (25:27, 25:23, 16:25, 20:25) hesablı məğlubiyyəti ilə başa çatıb.



Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO