Xaçmazda Vətən Müharibəsi qazisi Zaur Əlimuradovun toy mərasimi keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Manafoba kənd sakini olan Zaur Əlimuradovun şad günündə hərbçi dostları, sakinlər, keçmiş döyüşçülər, doğmaları və rayon rəhbərliyi iştirak edib.
Rayon icra hakimiyyətinin başçısı yeni ailə quran cütlüyə xoşbəxtlik arzulayıb və qazinin Vətən Mühatibəsində Füzuli rayonu istiqamətində gedən ağır döyüş yolundan danışıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.