Nəsimi rayonu, C. Məmmədquluzadə küçəsində inşa olunan şərti adı "B04" metrostansiyasının tikintisi başa çatdıqdan sonra 15000 m² yaşıllıq sahəsinin salınması planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmədə "Bakı Metropoliteni" QSC-nin Perspektiv inkişaf və əsaslı tikintiyə nəzarət departamentinin rəis müavini Nişat Həmidov deyib.
O bildirib ki, sahədə 400-ə yaxın kol bitkisi, 200-a yaxın ağac, 300-ə yaxın mövsumi güllərin əkilməsi, ümumilikdə 15000 m² yaşıllıq sahəsinin salınması planlaşdırılır.
"Yaxın zamanda "B04" stansiyasının 4 çıxışının tikintisinə başlanılacaq. Həmin stansiyanın 2 çıxışında ağacların köçürülməsi ilə bağlı layihə hazırlanıb", - deyə o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:09 / 06.11.2023
Bakıda yeni metrostansiyanın çıxışının tikintisinə başlanılacaq
Hazırda oxunan: Bakıda yeni metrostansiyanın çıxışının tikintisinə başlanılacaq
Hazırda oxunan: Bakıda yeni metrostansiyanın çıxışının tikintisinə başlanılacaq
163155
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.