DYP-dən cərimə ödənişi ilə bağlı yaradılan saxta səhifələr barədə XƏBƏRDARLIQ 

DYP-dən cərimə ödənişi ilə bağlı yaradılan saxta səhifələr barədə XƏBƏRDARLIQ 

Hazırda oxunan: DYP-dən cərimə ödənişi ilə bağlı yaradılan saxta səhifələr barədə XƏBƏRDARLIQ 

163089

DYP cərimə ödənişiylə bağlı yaradılan saxta səhifələrə etibar edilməməsinə dair xəbərdarlıq edib. 

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Bizim.Media-ya verilən məlumatda bildirilib ki, sürücülərə cərimələrin ödənməsilə bağlı müxtəlif endirim kampaniyaları qismində elanlar təqdim olunur: 

"Sosial şəbəkələrdə yerləşdirilən bu elanlar saxtadır və məqsəd vətəndaşların şəxsi və bank kartları məlumatlarını ələ keçirməkdir. Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşları diqqətli olmağa çağırır. 
Son günlər “cəriməni buradan ödəyərək endirim əldə et” kampaniyası vədi verən “asancerime.com” internet saytıyla bağlı şikayətlərin sayı artıb. 

Araşdırma zamanı bu saytın ABŞ-də yaradıldığı və ölkəmizlə heç bir əlaqəsinin olmadığı müəyyən edilmişdir". 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO