Əlilliyi olan şəxsin külli miqdarda pulu mənimsənildi - VİDEO

Əlilliyi olan şəxsin külli miqdarda pulu mənimsənildi - VİDEO

Hazırda oxunan: Əlilliyi olan şəxsin külli miqdarda pulu mənimsənildi - VİDEO

163031

Yevlaxda məskunlaşan keçmiş məcburi köçkün dələduzluğun qurbanı olub.

Bizim.Media xəbər verir ki, 31 ildir ki, Yevlaxda yaşayan Ağdam rayonu, Cavarlı kənd sakini, gözdən əlilliyi olan Tahir Qasımov bir müddət əvvəl avtomobilini 2700 manata sataraq yenisini almağa qərar verib.

Oğlu Mahir Qasımov elan saytlarından birində “VAZ - 21099” markalı minik maşını görüb və atası ilə məsləhətləşərək onu almaq qərarına gəlib.
Beləliklə, həmin saytda qeyd edilən nömrə ilə əlaqə saxlayıblar.

Qarşı tərəf anasının xəstə olduğunu deyərək karta 3 min manat pulun köçürülməsini tələb edib.

Pul karta köçürüldükdən sonra həmin nömrəyə zəng çatmayıb. Aldadıldığını anlayan şəxs çarəsiz qalıb.

Ailə baş verən hadisə ilə bağlı Yevlax rayon Polis Şöbəsinə müraciət edib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, vətəndaşın dələduzluğa məruz qalması ilə bağlı müraciəti müvafiq qaydada qeydiyyata alınıb və cinayət işi başlanıb. Hazırda cinayəti törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daha ətraflı videomaterialda:
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO