Ağalı kəndində 2 avtomobil toqquşdu: Ölən və xəsarət alanlar var

Ağalı kəndində 2 avtomobil toqquşdu: Ölən və xəsarət alanlar var

Hazırda oxunan: Ağalı kəndində 2 avtomobil toqquşdu: Ölən və xəsarət alanlar var

163022

Zəngilanda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Ağalı kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mitsubishi" markalı minik avtomobili ilə qoşqulu "Kamaz" markalı yük maşını toqquşub.
Qəza zamanı minik avtomobilinin sərnişinlərindən bir nəfəri hadisə yerində ölüb, 4 nəfər isə xəsarət alıb. 

Xəsarət alanlar minik avtomobilinin sürücüsü Emin İbarahimov və sərnişinlər - Natiq Bayramov, Vüsal İsmayılzadə və Təbriz adlı şəxslərdir.

Qeyd edək ki qəza düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən şirkətlərin birinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO