Jurnalistin meyiti anasının qəbrinin yanında tapıldı

Jurnalistin meyiti anasının qəbrinin yanında tapıldı

Hazırda oxunan: Jurnalistin meyiti anasının qəbrinin yanında tapıldı

163015

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin əməkdaşı Əli Fərəcov vəfat edib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, ötən gün səhər işə getmək adı ilə evdən çıxan 72 yaşlı Ə. Fərəcova zəng çatmadığı üçün ailə polisə məlumat verib.

Axtarışlar nəticəsində ailəsi bu gün günorta saatlarında mərhumun cansız bədənini anasının Maştağa qəbiristanlığında yerləşən qəbrinin yanında tapıb.
İlkin məlumata görə, noyabrın 4-ü mərhumun anasının vəfatının ildönümü olub. Hər il olduğu kimi Ə.Fərəcov bu dəfə də anasının qəbrini ziyarət etməyə gedib.

Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır.

Qeyd edək ki, uzun illər idman jurnalistikasında çalışmış Ə. Fərəcov 1951-ci il martın 29-da doğulub. Onun metropolitendə 45 ildən artıq təcrübəsi var. Uzun müddət “Metro” qəzetinin baş redaktoru olub.

Qəzet bağlanandan sonra isə qurumun mətbuat xidmətində redaktor kimi çalışıb. Təqaüdə çıxdıqdan sonra isə “Bakı metropoliteni” rəhbərliyi onun təcrübəsini nəzərə alaraq müqavilə əsasında əməkdaşlığa cəlb edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO