Tərtərdə minaya düşən kişinin sağ ayağı pəncə nahiyəsindən amputasiya edildi

Tərtərdə minaya düşən kişinin sağ ayağı pəncə nahiyəsindən amputasiya edildi

Hazırda oxunan: Tərtərdə minaya düşən kişinin sağ ayağı pəncə nahiyəsindən amputasiya edildi

162998

2023-cü il 5 noyabr tarixində Tərtər rayonunun Təpəkənd kəndi istiqamətində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Tərtərdə mina partladı - Xəsarət alan var


Qeyd olunub ki, piyada əleyhinə mina partlayışı nəticəsində Tərtər rayon Seyidimli kənd sakini 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu xəsarət alıb.

Xəsarət alan şəxsin sağ ayağı pəncə nahiyəsindən amputasiya edilib.

“ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!” - deyə məlumatda vurğulanıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO