Polis əməkdaşları ilə təhsil müəssisələrində GÖRÜŞ - FOTO

Polis əməkdaşları ilə təhsil müəssisələrində GÖRÜŞ - FOTO

Hazırda oxunan: Polis əməkdaşları ilə təhsil müəssisələrində GÖRÜŞ - FOTO

162982

Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşəbbüsü, Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə maarifləndirmə tədbirləri davam etdirilir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, "Gənclər narkomaniyaya yox deyir", "Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur", "Erkən nikah və onun fəsadları", "Yetkinlik yaşına çatmayanlar, sürücülük hüququ olmayanlar tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinin yol verilməzliyi və yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında görüşlər keçirilib. 

Növbəti tədbir Şəki şəhəri 19 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri ilə təşkil olunub.

Tədbirdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Şöbənin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Qrupunun inspektorları, Hünər İmamzadə və Ələkbər İbrahimov, Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili Kənan Qurbanov, Şəki Şəhər İcra Hakimiyyəti Yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Anar Məmmədov və 19 nömrəli tam orta məktəbin direktor əvəzi Nərgiz Səfərova, müəllimlər, eləcə də məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.

Qeyd olunan mövzularla bağlı çıxışlar edilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb. Təhsil müəssisələrində bu istiqamətdə tədbirlərin davam etdiriləcəyi qeyd olunub.
Tədbirin yekununda,  məktəbin direktor əvəzi Nərgiz Səfərova maarifləndirici görüşün keçirilməsinə görə hüquq mühafizə orqanlarının əməkdaşlarına öz minnətdarlığını bildirib.




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO