Masallıda reyd: Pozuntulara yol verən sürücülər aşkarlandı - FOTO

Masallıda reyd: Pozuntulara yol verən sürücülər aşkarlandı - FOTO

Hazırda oxunan: Masallıda reyd: Pozuntulara yol verən sürücülər aşkarlandı - FOTO

162979

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək qəza hadisələrinin qarşısının alınması məqsədilə Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları kobud qayda pozuntularına yol verən, digər hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücülərlə bağlı profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya bildiriblər ki, tədbirlər zamanı nəqliyyat vasitəsini sərxoş idarə edən, avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıq quraşdıran, ötmə və manevr qaydalarını pozan, sürücülük vəsiqəsi olmadan sükan arxasına keçən, yükdaşıma və sərnişindaşıma qaydalarını pozanlar, həmçinin ixrac etdikləri qazların tərkibindəki zərərli maddələrin miqdarı normadan artıq olan avtomobillər aşkarlanıb.

Profilaktik tədbirlər zamanı, həmçinin dayanma-durma qaydalarını pozaraq digər nəqliyyat vasitələri və piyadaların hərəkətinə maneə yaradan sürücülər də müəyyənləşdirilib və barələrində qanunvericiliyə uyğun tədbir görülüb.
Sürücülərin və sərnişinlərin mənzil başına rahat və təhlükəsiz şəkildə çatması, baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktiki tədbirlər mütəmadi davam etdirilir.






Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO