Bizim.Media şikayət etdi - Nuşirəvan Məhərrəmli tutduğu vəzifəsindən azad olundu

Bizim.Media şikayət etdi - Nuşirəvan Məhərrəmli tutduğu vəzifəsindən azad olundu

Hazırda oxunan: Bizim.Media şikayət etdi - Nuşirəvan Məhərrəmli tutduğu vəzifəsindən azad olundu

16295

Xəbər verildiyi kimi, Nuşirəvan Məhərrəmli Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvülüyündən çıxarılıb. Özünün dediyinə görə Şuranın üzvlüyündən çıxarılması səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Nuşirəvan Məhərrəmli əslində 18 illik “səmərəli” fəaliyyətinə görə vəzifəsindən və işindən kənarlaşdırılıb. 

Konkret desək, Nuşirəvan Məhərrəmli tele və radio məkanında yer verdiyi qanun pozuntularına, fəaliyyəti dövründəki çoxsaylı nöqsanlara, onunla bağlı ara verməyən şikayətlərə və tənqidlərə görə cəzalandırılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Nuşirəvan Məhərrəmli MTRŞ-nın üzvlüyündən də çıxarıldı


İllərdir ki, müstəqil media ekspertlərindən tutmuş, sıravi insanlara kimi hər kəs teleməkanımızın səviyyəsiz verilişlərlə, sərbəst peşəkarlığa söykənən proqram, eləcə də tamaşaçılarda ikrah hissi yaradan bayağı aparıcılarla dolu olduğundan gileylənir.

Hətta bununla bağlı şikayət və nöqsanlar aidiyyəti üzrə səlahiyyətlilərə də çatdırılıb.

Ciddi tənqid olunan Nuşirəvan Məhərrəmli 18 il ərzində bu nöqsanları aradan qaldırmaq üçün heç çaba da sərf etməyib. Əsas problemləri aradan qaldırmaq, aparıcıların nitq, dillə bağlı biliklərini artırmaq üçün nə monitorinq və ya treninq keçirib, nə də qanun pozuntularına yol verən şəxsləri hansısa şəkildə məsuliyyətə cəlb edib. Hərçənd ki, sadaladığımız problemlər bu gün də öz axarında qalır və böyüməkdə davam edir. 

Nuşirəvan Məhərrəmlinin rəhbərliyi altında telekanallarda bir vaxtlar yaradılan bədii şuralar da nəticəsizliyi ilə yadda qaldı. Bu şuraların adı kimi fəaliyyəti də dondu.

Məhz ölkənin ən həssas məsələsi olan Azərbaycan dili elə Nuşirəvan Məhərmmlinin rəhbərliyi dövründə efir və radiolarda yadlaşdı...

Yeri gəlmişkən, bu günlərdə Bizim.Media tanınmış avtomobil şirkəti “Range-Rover”in satışını MTRŞ-nin tabeçiliyində olan 107.7 FM – AVTO FM-də reklam olunmasını, üstəlik bu elanın dollarla təklif olunmasını dərc etmişdi. 

Bir həftədən çoxdur MTRŞ-ya faktla bağlı şikayət və müraciət olunsa da, məsələyə nə reaksiya göstərilir, nə də araşdırılıb nəticə hasil edilir.

Görünən odur ki, Nuşirəvan Məhərrəmli MTRŞ-da istər rəhbər, istərsə də üzvü olduğu dövrlərdə hər zaman araşdırmalı, həll edilməli problemlərə toxunmağa tənəzzül etmədən missiyasını yarıda buraxıb. Məhz yarıtmaz fəaliyyəti elə buna görə sonlanıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO